Salam, Dostlar! Təqdim etdiyim dərs 3-cü sinif “Paint. Palitra” mövzusundadır. Çalışmışam maraqlı dərs alınsın. Amma nə qədər çalışmışam siz müəyyən edəcəksiz . Dərs haqqında dolğun məlumatı “Заметки к слайду” bölməsində də oxuya bilərsiniz. Müsabiqədə hamıya, eləcə də özümə uğurlar arzu edirəm .
Haşiyə: Əlavə olaraq şagirdlər üçün mövzu ilə əlaqədar olaraq kiçik “Mən şanslıyam” breyn-rinq də hazırlamışam. Ümid edirəm ki, hamınızın xoşuna gələcək. Uğurlar!
Bizim layihəmizin əsas məqsədi istifadəçiləri, eyni zamanda şagirdləri internetdə təhlükəsizilik qaydaları ilə tanış etmək, coğrafiya və tarix dərslərində mövzuların daha asan və yaxşı öyrənmələri üçün interaktiv xəritə yaratmaqdır.
Bu layihə eyni zamanda maarifləndirmə xarakteri də daşıyır.
Çox istərdik ki, şagirdlər internetin imkanlarından ən çox əyləncə vasitəsi kimi yox (amma təəssüf ki, bizim gənclik internetdə ən çox əyləncəyə önəm verirlər), tədris vasitəsi kimi istifadə etsinlər.